Dünya

NATO-nun Baltik dənizində hərbi dəniz təlimləri başlayıb

NATO-nun Baltik dənizində hərbi dəniz təlimləri başlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baltik dənizində NATO-ya üzv ölkələrdən 30-a yaxın gəmi və 3000-dən çox hərbçinin iştirakı ilə iki həftəlik “Şimali Sahili” hərbi dəniz təlimləri başlayıb.

Verilən məlumata görə, iştirakçılar arasında İsveç, ABŞ, Kanada, Niderland, Belçika və Fransa hərbçiləri də var. Yeni dəniz qərargahının rolunu Almaniyanın Rostok şəhərində yerləşən Almaniya Hərbi Dəniz Qüvvələri yerinə yetirəcək.

Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Yan Kristian Kaak bildirib ki, təlimlər zamanı gəmilər Estoniya və Latviya sahillərində hərbi məşqlərdə döyüş taktikalarının üzərində işləyəcəklər. O qeyd edib ki, Finlandiya və Baltikyanı ölkələr Baltik dənizindən keçən dəniz təchizat marşrutlarından demək olar ki, 100% asılı olduğundan bu yer strateji əhəmiyyətli qovşaq hesab olunur. (Mənbə: ERR News)