Dünya

NATO-nun Baş katibi bu gün mətbuat konfransı keçirəcək

NATO-nun Baş katibi bu gün mətbuat konfransı keçirəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Baş katibi Yens Stoltenberq sentyabrın 30-da planlaşdırılmamış mətbuat konfransı keçirəcək.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Mətbuat Xidməti məlumat yayıb.

Mətbuat konfransının mövzusu dəqiqləşdirilməyib.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirəcək.

Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin dünən Rusiyanın Ukraynanın Zaporojye və Xerson vilayətlərinin dövlət “suverenliyinin” və “müstəqilliyinin” tanınması haqqında fərman imzalayıb. Onun bu günə çıxışı planlaşdırılır. Bundan başqa, DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin “referendum”un nəticələrinə görə Rusiyaya daxil olması ilə bağlı müqavilələrin imzalanması gözlənilir.