Aktual

NATO ölkələri müdafiə xərclərini artıracaq

NATO ölkələri müdafiə xərclərini artıracaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansına (NATO) üzv ölkələr müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaqlar. Bu barədə NATO-nun Brüssel sammitinin yekunları üzrə dərc olunmuş bəyanatında deyilir.

“Alyansın və Avro-Atlantik regionun təhlükəsizliyini təmin etmək üçün atdığımız addımlar adekvat resurslar tələb edəcək. Müttəfiqlər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırırlar”, – sənəddə deyilir.

NATO ölkələri hücumun bütün formalarına müqavimət göstərmək üçün fərdi və kollektiv bacarıqları gücləndirməyə davam etməyə razılaşıblar. İyun ayında Madriddə keçiriləcək NATO sammitində hərbi xərclərin artırılması ilə bağlı əlavə planların təqdim olunacağı bildirilir.

Bundan əlavə, müttəfiqlər Ukrayna hökumətinə və xalqına yardım göstərməyi davam etdirmək əzmində olduqlarını bildiriblər.

İyunun 29-30-da Madriddə NATO sammitinin keçiriləcəyi gözlənilir, sammitə Ukrayna və Gürcüstan da dəvət olunub.

Xatırladaq ki, cümə axşamı Brüsseldə NATO-nun fövqəladə sammiti keçirilib və bu sammit zamanı alyans Ukrayna prezidenti Volodimir Zelenskinin video-bağlantı vasitəsilə çıxışını dinləyib və Ukraynaya əlavə silahların verilməsini müzakirə edib.