Dünya

NATO tarixinin ən böyük hava təlimi sabah başa çatır – 25 ölkədən 250 təyyarə iştirak edib

NATO tarixinin ən böyük hava təlimi sabah başa çatır – 25 ölkədən 250 təyyarə iştirak edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO tarixinin ən böyük hava təlimi yekunlaşmaq üzrədir.

“AzPolitika.info” xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi təlimlər 23 iyunda başa çatacaq.

Sözügedən təlimə 25 ölkədən 250 təyyarə və 10 mindən çox aviator qatılıb. Təkcə ABŞ-dan 110-a yaxın təyyarənin bu təlimdə iştirak etdiyi bildirilir.

Hava təlimində – “F-35”, “Eurofighter”, “F-18”, “F-16”, “A-10”, “Gripen” kimi yüksək səviyyəli təyyarələr müxtəlif missiyaları icra ediblər.

Təlim çərçivəsində ümumlikdə 1200-dən çox uçuş həyata keçirilib.