Dünya

“NATO-ya daxil olduqdan sonra ölkədə nüvə silahı olmayacaq” İsveç XİN

“NATO-ya daxil olduqdan sonra ölkədə nüvə silahı olmayacaq” – İsveç XİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-ya daxil olduqdan sonra İsveçin ərazisində nüvə silahı olmayacaq. “Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Tobias Billström bildirib.

XİN rəhbəri, həmçinin sülh dövründə ölkəsinin ərazisində NATO-nun daimi hərbi bazalarının olmayacağını deyib.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edərək, Ukraynadakı hadisələrin onları bu addımı atmağa sövq etdiyini bildirib. Bu ölkələrin alyansa qoşulması barədə protokollar təkcə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb.