Dünya

Navalnı aclıq aksiyasını dayandırdı

Navalnı aclıq aksiyasını dayandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan Rusiyanın müxalifət lideri Aleksey Navalnının həkimləri 20 gündən çoxdur davam edən aclıq aksiyasını dayandırmasa, ölə biləcəyi barədə xəbərdarlıq edirdilər.

7times.az xəbər verir ki, Navalnı Instaqram hesabında aclıq aksiyasını dayandırdığı açıqlayıb. Müxalifət lideri sosial şəbəkədəki açıqlamasında əvvəl iki mülki həkim tərəfindən müayinə olunduğunu və yenidən qollarında və ayaqlarında  hiss etmə qabiliyyətinin itdiyini bildirib.

Navalnı ona dünyanın dörd bir yanından dəstək verən hər kəsə təşəkkür edib.