Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri azaldılıb.
Bu barədə Azərbaycan Nazirlər Kabinetinin “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə” 2012-ci il 16 noyabr tarixli 260 nömrəli qərarında dəyişiklik edib.
Həmçinin, dəyişikliklə miqrasiya orqanları işçilərinin qulluq illəri yalnız Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti aparatının müvafiq struktur bölməsi tərəfindən bu Qaydaya uyğun olaraq hesablanacaq. Bu Qaydanın 2-ci hissəsinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatında, habelə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi (bundan sonra – Dövlət Miqrasiya Xidmətinin rəisi) tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiya tərəfindən aradan qaldırılacaq. Əvvəlki qərarda Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin də belə bir səlahiyyəti vardı.
Bundan başda, Naxçıvanda miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibini artıq axçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti müəyyən etməyəcək. Bu səlahiyyət sadəcə Dövlət Miqrasiya Xidmətinin rəisi, müvafiq struktur qurumların rəhbərləri tərəfindən icra ediləcək.
Follow @7timesaz