Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan regiondakı kommunikasiyaların açılması məsələsinə münasibət bildirib.
Onun sözlərinə görə, “Yerasx–Sədərək” (yəni Naxçıvan üzərindən keçən) dəmir yolu xətti də mütləq şəkildə açılmalıdır.
Mirzoyan qeyd edib ki, bu istiqamətin açılması regional infrastrukturun bərpasının təbii başlanğıcı və ya davamı olmalıdır: “Elə bir məntiq yoxdur ki, Ermənistanın cənubundan keçən dəmir yolu işləsin, amma Naxçıvandan keçən dəmir yolu işləməsin”.
Ermənistan XİN rəhbərinin bu bəyanatı rəsmi İrəvanın regionda kommunikasiyaların bərpasına dair mövqeyinin formalaşdığını göstərir. O, Zəngəzur dəhlizinə alternativ kimi təqdim olunan Naxçıvan xəttinin açılmasının da zəruri olduğunu vurğulayıb.
Follow @7timesaz


