Müğənni Demet Akalın yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl Azərbaycana gələn sənətçi bu səfərindən xeyli razı qalıb. Naxçıvanda konsert proqramı ilə çıxış edən ifaçıya qutu-qutu meyvələr və xeyli ət pay qoyublar. Bu barədə Demet özü məlumat verib:
“Hələ də ötən günün təsirindəyəm. Çünki bizi inanılmaz şəkildə gözəl qarşıladılar. Hamıya təşəkkür edirik. Təşkilatçılıq yüksək səviyyədə idi. Təyyarəyə qutu-qutu meyvələr və ət pay qoymusunuz. Mayamiyə səfərimizdən sonra ilk dəfə bu qədər gözəl qarşılanırıq”.
Qeyd edək ki, ifaçı Naxçıvana həyat yoldaşı Okan Kurtla təşrif buyurub. O, müalicəvi kurort mərkəzi olan Duzdağ mağaralarına da yollanıb. Gəzinti zamanı Akalına Duzdağın faydalarından və xəstələrin burada şəfa tapmasından bəhs edilib. Demet sosial şəbəkədə milli yeməklərimizin görüntülərini paylaşaraq dovğanın çox dadlı olduğunu qeyd edib.