Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev bu gün ikinci dəfə xalqa müraciət edib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, bu gündən Qazaxıstan Milli Təhlükəsizlik Şurasının sədri səlahiyyətlərini öz üzərinə götürüb.
Tokayev bildirib ki, hazırda paytaxtdadır və o, Nur-Sultanı tərk etməyəcək.Qeyd edək ki, ona qədər Milli Təhlükəsizlik Şurasının sədri ömürlük olaraq keçmiş prezident Nursultan Nazarbayev seçilmişdi.
Follow @7timesaz