Müğənni Nazənin “Quli” ləqəbli, mərhum “qanuni oğru” Nadir Səlifovun övladı ilə birgə fotosunu paylaşıb.
7Times.az xəbər verir ki, ifaçı “Instagram”da paylaşdığı şəkilə bu sözləri yazıb:
“Allah “Quli” qardaşa rəhmət eləsin. Yeri cənnətməkan olsun. Allah ailəsinə səbr versin. “Quli” qardaş ölməyib, o, ürəklərdə yaşayır. Bəzən həyatda elə günlər, elə anlar olur ki, bir araya toplaşıb, həm deyib gülürük, həm də kədərlənirik. O günlərdən biri”.
Qeyd edək ki, Nadir Səlifov 2020-ci il avqustun 20-də Türkiyənin Antalya şəhərində birlikdə şam yeməyi yediyi dostu “Xan Əhmədlinski” tərəfindən öldürülüb. Onun bir oğlu və qızı var.