Türkiyədə Eskişehirdə yaşayan yaşlı qadın enerji və təbii sərvətlər naziri Fatih Dönmezin xidməti maşını olan “Togg”u görüb və ona yaxınlaşıb.
7Times.az oxu.az-a istinadən xəbər verir ki, yaşlı qadın nazirin maşınına minmək istədiyini deyib. Nazir onun bu istəyini gerçəkləşdirib. Yaşlı qadın ilk dəfə “TOGG C-SUV”ə minib.
Onun nazir Fatih Dönmezə dedikləri isə sosial mediada gündəm olub.
“O biri dünyada soruşsalar, “Togg”un yanında dayandıq, mindik demək istərdim”, – deyə qadın bildirib.
Yaşlı qadının avtomobilin içində dua etdiyi və qürur duyduğu anlar kameralara əks olunub.