27 Dekabr tarixində “7Times.az”-da Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd tam orta məktəbinin tarix müəllimi Vasif Xasiyev,məktəbin 11-ci sinif şagirdi olan Məmmədli Qasım Elman oğlunu döyməsi haqda məlumat dərc edilmişdir.
Fakla əlaqədar olaraq ötən gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları sözü gedən təhsil müəssisəsində olmuş və hadisə ilə bağlı araşdırma aparmışdır.
Qrumun mətbuat xidmətindən “7Times.az”-a verilən məlumatda qeyd edilir:
Follow @7timesaz“7Times.az”-da yayımlanan məlumatla bağlı bildiririk ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən məsələ araşdırılıb və şagirdin döyülmədiyi müəyyənləşdirilib.
Belə ki, məktəbin tarix müəllimi Vasif Xasiyev direktor müavinindən təkidlə icazə istəyən Qasım Məmmədlinin qolundan tutaraq üzrsüz icazə məsələsinin müzakirəsi üçün məktəb direktorunun otağına aparıb. V. Xasiyev şagirdin qolundan kobud şəkildə tutsa da, ona qarşı döymək və ya başqa bir zoraki hərəkət etməyib.
Baş vermiş xoşagəlməz halla bağlı müəllimlə söhbət aparılıb, şagirdlərə münasibətdə daha diqqətli və həssas yanaşmalı olduğu bildirilib.”