Türkiyəli aktrisa Nəbahat Çehrə illərdir formada qalmasının sirrini açıqlayıb.
Axşam.az xəbər verir ki, 79 yaşlı aktrisa çəkisinin 55 kiloqram olduğunu vurğulayıb:
“İdeal çəkim 55-dir. Hərdən yeyirəm və çəkim 56-57 kiloqram olur. Sonra dərhal pəhrizə başlayıram. Naharda ton balığı, hisəverilmiş qızılbalıqlı salat yeyirəm. Tərəvəzləri 100 qram mal əti ilə hazırlanmış küftə ilə istehlak edirəm. Səhər yeməyində həmişə bir dilim tost yeyirəm, günorta yeməyim yoxdur və axşam müəyyən vaxtdan sonra yeməməyə çalışıram. Hərdən elə yeməklər olur ki, deyirəm yox, bu, plovsuz olmaz, çörək də yeyirəm, düyü də. Səhər və axşam çay saatım var. Pəhrizli biskvitlərin üzərinə pomidor, bibər, pendir qoyuram və üzərinə kəklikotu əlavə edib tost hazırlayıram. Tosterin ağzını tam bağlamıram, onda çox dadlı olur. Çayın yanında kökəltməyəcək qəlyanaltı istəyənlər üçün tövsiyyə edirəm, yoxlayın. Həm də özüm börək bişirirəm, soyuducuya qoyuram, qonaqlar gələndə bişirirəm”.
Follow @7timesaz