İdman

“Neftçi” futbolçusunu geri qaytarır

“Neftçi” futbolçusunu geri qaytarırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” “Turan Tovuz”a icarəyə verdiyi Turan Vəlizadəni yay təlim-məşq toplanışına cəlb etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, “ağ-qaralar”la müqaviləsi 2024-cü il iyunun 30-na qədər olan yarımmüdafiəçinin xidmətində maraqlı olan klubların sayı az deyil.

Bu mövsümü icarə əsasında keçirdiyi “Turan Tovuz” da futbolçunu yeni sezonda da heyətdə saxlamaq istəyir.

22 yaşlı futbolçunun hansı qərarı verəcəyi mövsüm başa çatdıqdan sonra bəlli olacaq. Yay toplanışını “Neftçi”də keçəcəyi təqdirdə belə, futbolçunun yeni mövsüm başqa komandaya icarəyə verilmək ehtimalı yüksəkdir. “Sumqayıt”, “Səbail” klubları da Turanla yaxından maraqlanır.