Rusiyada bu gün Çita-Moskva reysi yaşlı qadının rahatlanmaq istəməsinə görə təxirə düşüb. Qəribə hadisə 3046 nömrəli bort hərəkətə təzə başlayanda – uçuş-enmə zolağından çıxmamış baş verib.
“Nənə təsadüfən qəza çıxış qapısını açdı. Hamını düşürdülər, texniki işçiləri gözləyirik”, – deyə hadisə şahidi bildirib.
Yaşlı qadının sözlərinə görə, o, uçuşdan əvvəl yerini rahatlamaq – oturacağın kürək hissəsini arxaya yönəltmək istəyib, bu zaman kreslonun qolu əvəzinə qapının qəza rıçaqını dartıb.
Sərnişinlər üçün növbəti reys axşama təyin olunub.
Follow @7timesaz