“Qadın idmançılar” rubrikamızın növbəti qonağı Azərbaycan millisinin və Türkiyənin “Qaradəniz Ereyli Bələdiyəspor” klubunun qapıçısı Nərgiz Əliyevadır.
– Futbolla nə vaxtdan məşğul olmağa başlamısız?
– 2013-cü ildə başlamışam futbolla məşğul olmağa.
– İlk klubunuz hansı olub?
– İlk dəfə “Mingəçevir”in heyətində çıxış etmişəm.
– Neçə il bu komandada çıxış etmisiz?
– 3 il oynamışam.
– Ailənizdə, qohumlarda sizin futbolla məşğul olmağınıza qarşı çıxan olub?
– Xeyr! Bu barədə hansısa çətinlikə rastlaşmamışam.
– Bu yolda ən çox dəstəyi kimdən almısız?
– Heç bir dəstəy olmayıb.
– Nə vaxtdan legioner yaşayırsız?
– 2021-ci ilin yayından Türkiyədə çıxış edirəm.
– Ailənizdən uzaq olmaq sizə problem olmur ki? Darıxmırsız?
– Düzünü desəm, ailəmdən ötrü çox darıxıram. İlk dəfədir ki, bu qədər evdən uzağ oluram.
– Futbolla məşğul olmağınız təhsil almağınıza problem yaratmayıb?
– Orta məktəbi bitirmişəm.Ali təhsil ala bilmədim.
– Futbol sevgi münasibətlərinizə çətinlik yaratmır?
– Sevgilim olmadığına görə bu barədə çətinlik çəkmirəm.
– Kişi futbolçulardan hansı sizə daha çox cəlbedici gəlir?
-Yerlilərdən Emin Mahmudov, xaricilərdən Kriştiano Ronaldonu daha çox bəyənirəm.
– Məsələn, məşhur futbolçulardan evlilik təklifi alsanız, qəbul edərsiz?
– Yaxşı insan olsa və görnüşü xoşuma gəlsə qəbul edərəm.
– Ad çəkə bilərsiz?
– Kriştiano Ronaldo ilə evlənmək istəyərəm. Onunla hamı ailə həyatı qurmaq istəyər ( gülür ).
– Ailə quracağınız şəxs sizə futbolla məşğul olmağı qadağan etsə, nə edərsiz?
– Mən karyeramı bitirdikdən sonra ailə həyatı qurmaq istəyirəm.
– Fikrinizdə hansısa yaşda futbolu buraxacağınızı düşünmüsüz?
– Bəli, indiki yaşımda.
– Səbəb?
– Çünki çox yorulmuşam. Həm millidə, həm də klubda məşqlər ağır olur. Fiziki və psixoloji cəhətdən çətinlik çəkirəm. Bir ay idmandan uzaq olmaq istəyirəm.
– Sizcə, Azərbaycanda futbolçu bəylər daha çox çalışqandır, yoxsa xanımlar?
– Fikrimcə, bəylər. Çünki onlar daha çox maaş alır.
– Düşünürsüz ki, yaxşı pul aldıqlarına görə daha çox çalışırlar?
– Qızlar da o qədər maaş alsa, daha çalışqan olar.
– Kumiriniz olan futbolçu var?
– “Barselona”nın qapıçısı Mark-Andre Terstegen.
– Futbol sizin üçün işdir, yoxsa yaşam tərzi?
– İş.
– Futbolçu olmasaydınız hansı peşəni seçərdiz?
– Bu haqda düşünməmişəm. Yəqin ki, bir iş tapıb işləyərdim.
– Futboldan başqa hansı idman sahələrinə marağınız var?
– Stolüstü tennislə məşğul olmağı sevirəm.
– Karyeranız ərzində unuda bilmədiyiniz ən yaxşı oyunun hansı olub?
– Millinin heyətində İspaniya və İslandiyaya qarşı oyunlar qeyd edərdim. Çox yaxşı çıxış etmişdim.
– Ən pis oyununuz?
– Rusiya millisinə 0:7 uduzmağımız. Həm də hava çox soyuq idi.
– Fubolda başınıza gələn ən maraqlı hadisə hansı olub?
– Maraqlı hadisə olmayıb.
– Karyeranız ərzində peşman olduğunuz hadisə olub?
– Xeyr!
– Qadın futbolumuzun hazırkı durumunu ürəkaçan demək olar?
– Şükür, indi daha yaxşıdır. Millinin oyunlarından da bunu görmək olar.
– Millidə və çıxış etdiyiniz komandada qızlar arasında özünüzə qarşı qısqanclıq hiss etmisiz?
– Bəli, çox olub.
– Ad çəkə bilərsiz?
– Yaxşı çıxmaz ( gülür ).
– Futbolçu olmaq istəyən qızlara nə məsləhət görərdiz?
– Həqiqətən də həvəsləri varsa, sona kimi getsinlər.
Follow @7timesaz