Evliliklərinin 7-ci ildönümünü sosial şəbəkədəki romantik paylaşımları ilə qeyd edən Neslihan Atagül və Kadir Doğulu Bodrumda sevgilərini təzələyir.
7Times.az xarici mətbuata istinadən xəbər verir ki, Neslihan Atagül ötən gün əri Kadir Doğulu ilə Torbadakı otellərdən birinin sahilində görüntülənib.
Evliliklərinin yeddinci ildönümünü qeyd edən cütlük dənizin və günəşin dadını çıxarıb.
Bir qrup dostunun müşayiəti ilə görünən cütlük dənizə tək getməyə üstünlük verib.
Məkanın estakadasına gedən Atagül özünü sərin sulara buraxıb, xoş anlar yaşayıb.
Həyat yoldaşından sonra dənizə girən Kadir Doğulu obyektivlərə belə əks olunub.
Follow @7timesaz