İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında Fələstinin Həmas hərəkatı tamamilə aradan qaldırılmayanadək rəsmi Tel-Əviv hərbi əməliyyatları dayandırmayacaq.
7Times.az -ın məlumatına görə, Netanyahu qısa televiziya mesajında onu da deyib ki, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üçün İsrailin digər məqsədlərinə çatması da lazımdır.
“Mənim rəhbərlik etdiyim hökumət İsrail ordusuna HƏMAS-ı məhv etmək, girovlarımızı geri qaytarmaq və Qəzzanın İsrail üçün daha təhlükəli olmaması üçün müharibəyə başlamağı əmr edib. Biz bütün bu məqsədlərə çatana qədər müharibə dayandırıla bilməz”.