İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa Ağ Evdəki görüşü zamanı qızıl peycer hədiyyə edib.
7Times.az xəbər verir ki, İsrail baş naziri sosial media hesabından cihazın şəklini paylaşıb və bu zaman peycerin üzərindəki qeyd diqqət çəkib.
Qızıl peycerlə birlikdə olan lövhədə Tramp “ən böyük dostumuz və ən böyük müttəfiqimiz” kimi təriflənir.
ABŞ mətbuatına açıqlama verən İsrail rəsmisi bildirib ki, Tramp hədiyyəni aldıqdan sonra belə cavab verib: “Bu, əla əməliyyat idi”.
Xatırladaq ki, ötən ilin sentyabrında Livanda Hizbullaha məxsus minlərlə peycer eyni anda partladılıb. Hadisə nəticəsində Hizbullahın bir neçə üzvü həlak olub, yüzlərlə üzvü isə yaralanıb. İsrail rəsmi olaraq bu əməliyyatın məsuliyyətini öz üzərinə götürməyib.
“AzPolitika.info”
Follow @7timesaz