Dünya

Netanyahu və Ərdoğan arasında telefon danışığı

Netanyahu və Ərdoğan arasında telefon danışığıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyənin yenidən seçilən prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

 

7Times.az  İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu Ərdoğanı seçkidəki qələbəsi münasibətilə təbrik edib.

 

Liderlər iki ölkə arasında münasibətlərin möhkəmlənəcəyi və yeni səviyyəyə yüksələcəyi barədə razılığa gəliblər. Türkiyə prezidenti son dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etdiyinə görə İsrailə təşəkkür edib.

 

Netanyahu Ərdoğana bildirib ki, o, İsrail və Türkiyə arasında münasibətləri gücləndirməyə sadiqdir.