Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanİsrailin Qəzza zolağındakı hərəkətlərindən sonra İsrailin baş naziri Benyamin Netanyahunu özünə həmsöhbət kimi qəbul etmədiyini bildirib.
7Times.az “Hürriyet”ə istinadla xəbər verir ki, Ərdoğan hazırda Netanyahu ilə heç bir əlaqəsinin olmadığını deyib.
“İsrail tərəfi ilə Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın əlaqə saxlayır. Təbii ki, o, Fələstin və HƏMAS-la da əlaqə saxlayır. Bunu deyəcəyəm: Netanyahu artıq istənilən halda bizim üçün həmsöhbət kimi qəbul edilə bilən bir şəxs deyil. Biz onun üstündən xətt çəkdik”, deyə Türkiyə prezidenti Qazaxıstandan qayıdarkən təyyarədə türkiyəli jurnalistlərə müsahibəsində deyib.
Follow @7timesaz