Almaniya kansleri Angela Merkel Türkiyəyə son rəsmi səfərini edib.
7times.az-ın xəbərinə görə, Merkel Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ürəkdən söhbət edib.
Mətbuat konfransında hətta məzəli bir dialoqla özlərini və jurnalistləri əyləndiriblər.
Ərdoğan: “Sizinlə işləmək xoş idi, amma koalisiya hökumətinizlə çətin idi”.
Merkel: “Bəlkə də, amma koalisiya hökuməti Almaniyaya uyğundur və biz prezident sisteminə keçmək fikrində deyilik”.
Ərdoğan: “Ancaq danışıqlar əsnasında hökumətlə yaşadığınız çətinliklərdən mənə şikayət etmişdiniz”.
Merkel: “Düzdür, amma həyat belədir”.
Ərdoğan: “Nəvəm də deyir: “Baba, sən nə edə bilərsən – bu həyatdır”. Lent.az
Follow @7timesaz