Braziliyalı ulduz Neymar Səudiyyə Ərəbistanında çıxış etməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Xəbərə görə, adı açıqlanmayan ərəb klubu PSJ-nin forvardına 400 milyon avro təklif edib. Lakin Neymar şərqə getmək fikrində deyil. O, PSJ və ya “Mançester Yunayted”də oynamaq niyyətindədir.
Qeyd edək ki, Neymarın xidmətində “Çelsi” də maraqlıdır.
Follow @7timesaz