PSJ klubunun braziliyalı hücumçusu Neymar karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, “Çelsi” “sambaçı”nın xidmətində maraqlıdır. London klubu 31 yaşlı futbolçu üçün Paris təmsilçisinə 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Neymar bu mövsüm 28 oyunda 17 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə sözləşməsi 2025-ci ilin yayına qədərdir.
Follow @7timesaz