İdman

Neymar klub alır – Bu qiymətə

Neymar klub alır – Bu qiymətəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının və Braziliya millisinin hücumçusu Neymar “Santos” klubunu almaq imkanını nəzərdən keçirir.

7Times.az  xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin məlumatına görə, ulduz forvard karyerasının başladığı və hazırda 130 milyon avro borcu olan keçmiş klubuna kömək etmək istəyir.

Braziliyalı hazırda atası ilə birlikdə klubun səhmlərini almaq imkanını nəzərdən keçirir. Beləliklə, o, bir vaxtlar “Kruzeyro”nun səhmlərinin nəzarət paketini alan məşhur həmyerlisi Ronaldondan nümunə götürmək istəyir.

Qeyd edək ki, 2003-2013-cü illərdə “Santos”da çıxış edib.

Fanat.Az