İdman

Neymara Səudiyyə Ərəbistanından 600 milyonluq təklif

Neymara Səudiyyə Ərəbistanından 600 milyonluq təklifbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin ulduz futbolçusu Neymara Səudiyyə Ərəbistanından təklif var. 

Fanat.Az xəbər verir ki, “Əl-Hilal” klubu braziliyalı hücumçunun xidmətində maraqlıdır.

“Fanatik”in jurnalisti Yakup Çinarın yazdığına görə, ərəb klubu Neymara 3 ilə 600 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, bir müddət öncə adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubunun PSJ-nin forvardına 400 milyon avro təklif etdiyi, lakin Neymarın şərqə getmək fikrində olmadığı bildirilirdi. O, PSJ və ya “Mançester Yunayted”də oynamaq niyyətindədir.

Xatırladaq ki, Braziliya millisinin 31 yaşlı hücumçusu Fransa klubuna 2017-ci ildə “Barselona”dan keçib. 112 oyunda meydana çıxan Neymar 82 qola imza atıb.