İdman

Neymardan transfer iddialarına cavab: Keçmiş komandasına qayıdır?

Neymardan transfer iddialarına cavab: Keçmiş komandasına qayıdır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neymar keçmiş klubu “Santos”a qayıtması ilə bağlı iddilara cavab verib.

7Times.az xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “Santos”a dönəcəyi ilə bağlı deyilənlərin həqiqəti əks etdirmədiyini, ancaq bir gün yenidən Braziliya yığmasında oynamaq istədiyini açıqlayıb.

“Deyilənlər tamamilə yalandır. “Əl Hilal”la müqaviləmin bitməsinə hələ 1 il var və əla mövsüm keçirmək istəyirəm”, – deyə o bildirib.

Həmçinin Neymar “Real Madrid”in forvardı Vinisiusun bu il “Qızıl top”a layiq olduğunu bildirib və braziliyalı oyunçu haqqında yüksək fikirlər səsləndirib.

Qeyd edək ki, bu mövsüm “Əl-Hilal”da 5 matça çıxan Neymar 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, braziliyalı futbolçu zədə səbəbindən uzun müddət meydanlardan uzaq qalıb.