Maqazin

Nicat “Dəli kimi”də nə deyir?

Nicat “Dəli kimi”də nə deyir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komediya aktyoru Nicat Rəhimov Xalq artisti Röya Ayxanla səsləndirdiyi “Dəli kimi” duetindən danışıb.

OLAY yazır ki, o, uzun müddətdir trenddə birinci olan, TikTok-da ən çox paylaşılan layihəyə necə daxil olmağından söhbət açıb.

Nicat “Utandım yerinə” yutub layihəsində qonaq olarkən deyib ki, ifasında işlətdiyi sözlərin mənasını bilmir:

“Röya xanım bağda “Dəli kimi” mahnısını ilk dəfə dostlarına dinlətdi. Həmin musiqinin fasilə hissəsində bədahətən ingilis dilində rep deməyə başladım. Dedi ki, budur Nicat, biz duet etməliyik. Mahnını studiyada yazdıranda belə mahnının ingilis dilində sözləri yazılmamışdı. Birbaşa nə gəlibsə, demişəm. Vallah dediyim sözləri özüm də bilmirəm”.