Niderland Ukraynaya artilleriya mərmilərinin tədarükü üçün 271 milyon avro ayırmaq niyyətindədir.
7Times.az xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Dik Sxof “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, vəsait Danimarka, Niderland və Çexiyanın döyüş sursatı tədarükü ilə bağlı birgə təşəbbüsü çərçivəsində ayrılacaq.
“Niderland artilleriya mərmilərinin tədarükü üçün 271 milyon avro ayıracaq. Bununla da biz 2025-ci ildə Ukraynaya sursat tədarükü ilə bağlı kömək edəcəyik”, – Baş nazir bildirib.
Follow @7timesaz