Dünya

Niderlandda hökumət dağıldı

Niderlandda hökumət dağıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandda Baş nazir Dik Sxofun rəhbərlik etdiyi hökumət, ifrat sağçı Azadlıq Partiyasının (PVV) koalisiyadan çıxması ilə dağılıb. Bu qərarın səbəbi isə sığınacaq və miqrasiya siyasəti mövzusunda fikir ayrılıqları olub.

7Times.az xəbər verir ki, Vilders məsələ ilə bağlı X-də açıqlama verib:

“İmza yoxdur, razılaşma yoxdur, PVV koalisiyadan ayrılır”.

Onu da bildirək ki, Vilders koalisiya razılaşmasına sığınacaq axtaranlara sərhədlərin bağlanması, hərbi sərhəd nəzarətlərinin gücləndirilməsi, sığınacaq mərkəzlərinin azaldılması və müvəqqəti yaşayış icazəsi olan suriyalıların ölkədən çıxarılması da daxil olmaqla 10 sərt tədbirin salınmasını tələb edib.

News24.az