Aparıcı Vüsalə Əlizadə mərhum Xalq artisti Muxtar Maniyev barədə danışıb.
7Times.az Lent.az-a istinadən xəbər verir ki, aparıcı “7 canlı” verilişində bildirib ki, Maniyev oynadığı rolları peşəkarcasına canlandırıb:
“Rolu elə canlandırırsan ki, tamaşaçı səni həyatda da o insan kimi görür. Biz uşaqlıqdan belə böyümüşük. Bizim dəyərli aktyorlarımız mənfi rolları o qədər peşəkarcasına ifa ediblər ki… Mən illər sonra Universitetdə oxuyanda dəyərli sənətkarımız Muxtar Maniyevi sevməyə başladım. Amma o, mənfi obrazları elə canlandırmışdı ki, mənim içimdə ona qarşı nifrət var idi”.
Follow @7timesaz