Türkiyədə keçirilən nikah mərasimində maraqlı hadisə baş verib.
7Times.az afn.az-a istinadən xəbər verir ki, sevib-seçdiyi bəylə ailə quran xanım onunla evlənməyə razı olduğu bildirib. Daha sonra “Evlənməyi qəbul edirsiniz?” sualı bəyə ünvanlanaraq onun həmin xanımla evlənib-evlənmədiyi soruşulub.
Bu zaman bəy son dəfə anasından icazə alıb, gəlini qəbul edib-etmədiyini soruşub. Anasının “hə” cavabından sonra o xanımı ilə evlənməyə razı olduğunu deyir.
Nikahdan lentə alınan görüntülər sosial şəbəkələrdə viral olub. Bəyin gözlənilməz addımı istifadəçilərin müzakirələrinə səbəb olub.
Həmin videonu təqdim edirik: