“Tik-Tok”dan narazıyam. Bizim gənclərimizin çoxu “Tik-Tok” xəstəsidir. Orada mədəniyyət çox aşağı səviyyədədir. Hətta çox pis şəkildədir. “Tik-Tok”un səviyyəsi məhz Azərbayacanda bu səviyyədədir, başqa ölkələrdə belə deyil. Baxıb görürsən ki, fərq var. Mənim “Tik-Tok”da səhifəm var. Amma oranı heç sevmirəm və ora heç girmirəm”.
7Times.az xəbər verir ki, bu sözləri Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Sənətçi proqramda iki qız övladından və onların məşğuliyyətindən söz açıb:
“Böyük qızım Jasminin 17, kiçik qızım Səidənin isə bu il 16 yaşı tamam olur. Onlar rəfiqələri ilə çatlarda mesajlaşırlar və buna böyük maraqları var. Jasmin yenidən futbolla məşğul olmağa başlayıb.
Peşəkarcasına bu idman növü ilə məşğul olur. Jasmin futbolçu olmaq istəmir, sadəcə özünün xoşu gəlir. O, İngiltərə klublarına daha çox azərkeşlik edir. Kiçik qızım Səidə isə gimnastika ilə məşğul olurdu, amma artıq bu idman növündən bezib”.
Nigar qızlarına qadağalar qoymadığını dilə gətirib:
“Qızlarıma “Tik-Tok”a girməyə icazə verirəm. Onların “Tik-Tok”unda Azərbaycanın deyil, İngiltərənin seqmenti açılır. Ən önəmlisi odur ki, onlara çox asan şəkildə hər şeyi başa sala bilirəm. Onlara izah edərək anladıram. Bu olmaz, bu qadağandır kimi sözlər demirəm. Qızlarımın beyinlərinə sözlərimi asta-asta yeridirəm. Onlar da sözlərimə qulıaq asırlar”.
Follow @7timesaz