Maqazin

Nigar türk tələbəni himayəsinə götürüb Bakıya gətirdi

Nigar türk tələbəni himayəsinə götürüb Bakıya gətirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Nigar Şabanova örnək addım atıb.

7Times.az  Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Səhər mərkəzi” verilişində danışıb.

Müğənni bildirib ki, zəlzələ bölgəsindən olan bir türk tələbəni müvəqqəti himayəsinə götürüb:

“Xalamın nəvəsi də Türkiyədə təhsil alır. Onlar yataqxanada idi. Birdən yataqxananı boşaltdılar. Burcu orada tibb üzrə təhsil alır. Evlərinə qayıda bilmədi, yollar çox bölünmüşdü. Amma valideynləri də bilmirdi necə olacaq, özləri indi çadırlarda yaşayırılar.

Burcu istəyirdi ki, xəstələrə yardım üçün orada qalsın. Hər kəs getdikdən sonra Burcu yataqxanada tək qaldı. Xalam nəvəsi də söylədi ki, o, tək qalıb. Ürəyim götürə bilməzdi. Yollar dağıldığından  ora heç bir nəqliyyat işləmirdi. Boynuma götürdüm ki, gəlsin. Nə qədər ki, ora yaxşılaşacaq, təhsil alma imkanı yenidən yaranacaq burada qalsın. O zaman gətirdiyim kimi də ailəsinə təhvil verəcəm.

Qapım hər kəsə açıqdır. Buradan da deyirəm ki, kim istəsə, gəlməklərini boynuma götürərəm, hər şərait yaradaram”.