Nigeriyanın Zamfara əyalətinin Dankarami bölgəsində silahlı dəstə üzvlərinə qarşı havadan əməliyyat keçirilib.
7Times.az xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Edvard Qabkvet məlumat yayıb.
Onun sözlərinə görə, əməliyyatda 16 dəstə üzvü öldürülüb, bir çox dəstə üzvləri isə yaralanıb.
Əməliyyatda silahlı dəstə üzvlərinin düşərgələrinin məhv edildiyini qeyd edən Qabkvet, onlara məxsus silahlar, nəqliyyat vasitələri, motosikletlər və mühüm sursatların ələ keçirildiyini bildirib.
Zamfara əyaləti artıq 5 ildən çoxdur ki, silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir.
Hökumət artan təhlükəsizlik problemləri səbəbiylə tutulan silahlı dəstə üzvlərinin mühakimə olunacağını bəyan etmişdi.
Follow @7timesaz