Dünya

Nikahdan kənar oğlu Jirinovskinin varisi oldu  Məhkəməni uddu

Nikahdan kənar oğlu Jirinovskinin varisi oldu – Məhkəməni uddubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Nikulinsk Rayon Məhkəməsi mərhum LDPR lideri Vladimir Jirinovskinin qeyri-qanuni oğlu Oleq Eydelşteynin atalığın tanınması faktının müəyyən edilməsi ilə bağlı iddiasını təmin edib.

7Times.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Xəbərdə deyilir ki, Eydelşteyn 2023-cü ilin yayında vərəsəlik hüquqlarını həyata keçirmək məqsədilə atalığın tanınması üçün iddia qaldırıb. Lakin həmin vaxt məhkəmə imtina qərarı çıxarıb. Buna baxmayaraq, ikinci cəhddə Eydelşteyn Jirinovskinin oğlu kimi tanınıb və bununla da onun varislərindən birinə çevrilib.

Oleq Eydelşteyn 1986-cı ildə anadan olub. Onun anası Şimali Osetiya əsilli Janna Qazdarovadır. “Komsomolskaya Pravda” yazıb ki, Jirinovski onunla ezamiyyətdə olduğu Kubada tanış olub. LDPR lideri oğlunu 2017-ci ildə Şimali Osetiyada parlament seçkilərinə az qalmış ictimaiyyətə təqdim edib.

Oleq öz babasının – Vladimir Jirinovskinin atası Volf Eydelşteynin soyadını götürüb. Bir müddət Oleq Eydelşteyn Smolensk vilayətinin administrasiyasında ekspert məsləhətçisi vəzifəsində çalışıb. 2023-cü ilin fevralında isə xırda xuliqanlıq maddəsi ilə 15 sutka həbs edilib.

Qeyd edək ki, bundan əlavə Jirinovskinin bir qanuni oğlu və bir nikahdan kənar qızı da var.

“AzPolitika.info”