Aktual

Nikol avantürasına üçüncü dövlətləri cəlb etməyə çalışır – Şərh

"Bu faktlar qarşısında Ermənistanın və onu dəstəkləyən qüvvələrin heç bir arqumenti ola bilməz”.

Nikol avantürasına üçüncü dövlətləri cəlb etməyə çalışır – Şərhbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısı bu günlərdə tək Ali Baş Komandan kimi deyil, eyni zamanda siyasi cəbhədə də əzəmətlə mübarizə aparan bir şəxs kimi dünya ictimaiyyətinin diqqətindədir.

Bu sözləri 7times.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevin “RİA Novosti”yə verdiyi müsahibəni təhlil edərkən deyib.

O bildirib ki, İlham Əliyevin hər gün dünyanın tanınmış, nüfuzlu telekanallarına verdiyi müsahibələrdə Azərbaycan həqiqətləri dünyaya çatdırılır:

“Cənab Prezident “RİA Novosti”yə müsahibəsində Azərbaycan ərazi bütövlüyünə malik olmasınn hüquqi əsaslarını göstərib. Azərbaycan öz ərazilərini düşmən tapdağından azad etmək üçün uzun müddət sülh danışıqlarına üstünlük verib, lakin Ermənistan bunu dəyərləndirməyi bacarmadı. Ölkə başçısı fakt və dəlillərlə Rusiya ictimaiyyətini Dağlıq Qarabağ məsələsi barədə kifayət qədər məlumatlandırdı. Və şübhəsiz ki, bu faktlar qarşısında Ermənistanın və onu dəstəkləyən qüvvələrin heç bir arqumenti ola bilməz”.

Millət vəkili həmçinin Ermənista Baş naziri Nikol Paşinyanın çıxışına da fikir bildirib:

“Paşinyan xarici informasiya agentliklərinə məntiqsiz danışığı ilə “faktlar” irəli sürərək müsahibə verməyə çalışır. O, problemlərin kökünü Ermənistanın işğalçılıq siyasətində axtarmaq əvəzinə, öz avantürasına üçüncü dövlətləri cəlb etməyə çalışır”.

Aydın Mirzəzadə bildirib ki, bu gün dünya ictimaiyyəti Azərbaycanın öz torpaqlarına sahib çıxmaq üçün mübarizə apardığını görür.axar.az