“Hər şey çox yaxşıdır, mən yeni mahnı üzərində çalışıram”.
7times.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“İnanın, bu dəqiqə o qədər gərgin iş rejimindəyəm ki… Bilmirəm, mahnını yazdırım, onu aranjiman etdirim… Zəng edib deyirlər ki, “barənizdə nəsə eşitmişik”, “səhhətinizdən narahatıq”, “efirlərdə görünmürsüz”. Bir sözlə, hər şey yaxşıdır”, – deyə Nisə Qasımova bildirib.
Müğənni tezliklə onu sevənləri öz mahnıları ilə sevindirəcəyini vurğulayıb.
Qeyd edək ki, Xalq artistinin xərçəng xəstəliyinə tutulması ilə bağlı məlumatlar yayılıb. Bu barədə prodüser, aparıcı Tarix Əliyev (Tolik) məlumat verib. O, sənətçinin əməliyyat edildiyini bildirib.
Follow @7timesaz