Maqazin

Niyə axı arvad evdə pulun yerini bilməlidir? – Əməkdar artist

Niyə axı arvad evdə pulun yerini bilməlidir? – Əməkdar artistbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“1000 manat pulum olur, onu da cibimdə gəzdirirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Onun sözlərinə görə, evdə ailənin büdcəsi ilə kişilər maraqlanar:
“Sənətkarın hər gün pulu olmur ki. Günortaya kimi aç qalır, iş olmur. Bax bu gün boşam, bir də baxırsan ki, axşama kimi biri zəng edir ki, məclis var, orada yarım saat oxu. Bizim işimiz belədir, pulumuz da belə gəlir”.
Yusif Mustafayev həyat yoldaşının ağır xasiyyətli olduğunu və heç nəylə maraqlanmadığını vurğulayıb:

“Yəni, bəziləri kimi axtarsın ki, harda pul var, yaxud da telefona zəng gələndə götürüb cavab versin, belə işlərdən uzaqdır. Ailənin büdcəsi ilə kişilər maraqlanar. Kənd adamıyıq da, bu, ömrü boyu belə olub. Arvad ev qadınıdır, nə tələb edirsə, o da gəlib evə. Arvad niyə evdə pulun yerini bilməlidir? Balalarım hər şeyi edir. Qadının öz işi var, evdə balalara, nəvələrə baxır, kişi də çöldən qazanıb gətirir, birləşib uşaqlarını saxlayırlar”.
Müğənni hər evin bir strukturu olduğunu əlavə edib:
“Mənim həyat yoldaşımdan gizlin işim yoxdur, bizim ailəmiz bir az fərqlidir, hər evin bir qibləsi var”.