Maqazin

Niyə övlad sahibi olmaqdan qorxduğunu açıqladı

Niyə övlad sahibi olmaqdan qorxduğunu açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biber uşaq sahibi olmaqdan niyə qorxduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, model bu barədə “People” nəşrinə müraciətində deyib.

“Hər zaman bu barədə düşünürəm. Uşaqları çox istəyirəm, amma qorxuram. Yetəri qədər insanlar həyat yoldaşım və ya dostlarım haqqında nəsə deyirlər. Təsəvvür edə bilmirəm ki, uşağım haqqında danışacaq insanlarla qarşılaşmalı olacağam” deyə, model bildirib.

26 yaşlı Heyli insult keçirtdikdən sonra xəstəxanaya yerləşdirildiyi anları xatırlayaraq, medianın onun əsl xəstəliyini də çox təhrif etdiyini vurğulayıb.

Qeyd edək ki, uzun müddətdir Castin və Heyli sağlamlıq problemləri ilə gündəmə gəlir.