Dünya

Niyə stüardessalar boyunlarına yaylıq bağlayırlar?

Niyə stüardessalar boyunlarına yaylıq bağlayırlar?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fikir vermisinizsə, təyyarələrdə çalışan stüardessalar adətən boğazlarında yaylıqla gəzirlər. Bəs bunun səbəbi haqqında heç düşünmüsünüzmü?

Stüardessalar 1960-cı illərdən belə yaylıqdan istifadə edirlər və onsuz bu gözəl qızları təsəvvür etmək çətindir. Lakin yaylıq yalnız gözəllik verən aksesuar deyil.

Məsələn, salonda tüstülənmə baş versə, stüardessalar onunla ağız və burunlarını bağlaya bilərlər. Maska rejiminin dünyada ləğv olunduğu bir zamanda bu məsələ yenidən aktualdır.

Həmçinin, sərnişinlərdən biri travma aldıqda yaylıqla bağlamaq mümkündür.

Bundan başqa, yaylıq korporativ imicin bir hissəsidir. Onun üzərindəki yazı və bəzəklərlə hər hansı bir şirkət digərlərindən seçilə bilər.

Bir səbəb daha var. Stüardessalar adətən parlaq makiyaj edirlər və üz dərisi boğaz dərisindən seçilir. Yaylıq bu fərqi hiss etdirməməyə kömək edir.

Təyyarədə çalışan qızlar yaylıqlarına ciddi qulluq edirlər ki, reysin sonunda səliqəli görünüşlərini itirməsinlər. Yaylığı səliqəli saxlamaq üçün onun künclərinə saç lakı püskürdüb ütüləmək olar.