Maqazin

Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? — İki ildir ki… – AÇIQLAMA

Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? — İki ildir ki… – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Nofəli heç tanımıram, adının Nofəl olduğunu belə bilmirdim. Bu insanla mənim heç vaxt yaxından-uzaqdan heç bir tanışlığım olmayıb”.

7times.az xəbər verir ki, bu sözləri “Ölkə.Az”a açıqlamasında, oğlu tərəfindən ehtiyatsızlıq üzündən güllələnən gitara ifaçısı Nofəl Süleymanovla sevgi münasibətində adı hallandırılan müğənni-xanəndə Bəturə Hüseynova bildirib. O, yayılan xəbərlərin əsassız, şər-böhtan olduğunu deyib.

“Hətta mən onun fotosunu görəndə, düşündüm ki, cavan adamdır görəsən koronavirusdan rəhmətə gedib? Yəni düşünün, ölüm səbəbindən belə xəbərsiz idim. Bunlar isə durub mənim adımı onunla sevgi münasibətində hallandırırlar. Hansı sübutla? Mən 2 ildir Türkiyədə yaşayıb, fəaliyyət göstərirəm. Mənim qarşıma sübut qoysunlar. Mobil operatorlardan siyahı çıxarsınlar, görsünlər ümumiyyətlə bu insan iki il ərzində mənə zəng edib? O saytın, bu xəbəri yazanların vicdanı, şərəfi yoxdur ki, mənim haqqımda bu cür yalan, böhtan xarakterli xəbərlər yayırlar?”

Əməkdaşımızın “Bu haqda məhkəməyə müraciət edəcəksinizmi?” sualına B.Hüseynova belə cavab verib:

“Bu haqda hələ düşünməmişəm, qərarsızam. Düşünürəm ki, bəlkə heç bu cür mənəviyyətsiz insanlara heç baş qoşmayım? Ancaq o insanların bu cür hərəkətlərinə görə cəzalanmalı olduğunun vacibliyini də dərk edirəm. Ona görə qərarsızam”,- deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, News24.az saytı mərhum Nofəl Süleymanovun ölümünə səbəb müğənni-xanəndə Bəturə Hüseynova arasında olan sevgi münasibəti olduğunu iddia edib. Bildirilir ki, mərhum ifaçı bu münasibətə görə həyat yoldaşı ilə tez-tez mübahisələr edib, ona şiddət göstərib. Anasına olan təzyiqlərə dözməyən oğlu isə məlum hadisəni qəsdən törədib.