Dünya

“Növbəti illərdə türk dünyasında iqtisadi əlaqələr daha da dərinləşəcək” 

“Növbəti illərdə türk dünyasında iqtisadi əlaqələr daha da dərinləşəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə anlaşma memorandumu imzalanıb. Sənəd ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişlənməsinə xidmət etməklə, qarşılıqlı investisiya qoyuluşlarının artırılmasını təşviq edəcək”.
7Times.az  bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Millət vəkil qeyd edib ki, strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirirlər: “Azərbaycan və Mərkəzi Asiyada yerləşən türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək”.
V. Bayramov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki zəfərindən sonra regiondakı düzən də dəyişib:

“Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox ümumdaxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da artıracaq. Dəhliz türkdilli ölkələr arasında ticarət dövriyyəsinin, eləcə də beynəlxalq yük daşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq”.