Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
Sportinfo.az xəbər verir ki, iclasda növbəti mövsümdə Premyer Liqada neçə komandanın istirak edəcəyi ilə bağlı qərar verilib.
2023/2024 mövsümündə elitada 12 kollektiv çıxış edəcək. Bu barədə jurnalistlərə İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov məlumat verib.Başa çatan mövsümü sonuncu pillədə başa vuran “Şamaxı” çempionatı tərk etməyəcək. Bundan Əlavə I Divizionun çempionu olan “Araz Naxçıvan”la “Zaqatala” da Premyer Liqada iştirak edəcək.
Follow @7timesaz