Bakıda 59 yaşlı kişi tonqalda yanaraq ölüb.
7times.az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü Çələbiyev Aqil Nuru oğlu martın 21-də bayram tonqalında yanıb. Ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz