Hadisə

Novxanıda istirahət mərkəzində yanğın olub

Novxanıda istirahət mərkəzində yanğın olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Novxanı kəndində yanğın baş verib.

7times.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə zamanı istirahət mərkəzinin yerləşdiyi ümumi sahəsi 500 m² olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.