Dünya

Nuland: “ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq”

Nuland: “ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq və o, gələn həftə vəzifəsinin icrasına başlayacaq”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.
“Ümid edirik ki, onun köməyi ilə biz Rusiya ilə münasibətləri yaxşılaşdıra biləcəyik”, – Nuland qeyd edib.
Qeyd edək ki, hazırda Birləşmiş Ştatların Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsi boşdur. 62 yaşlı səfir Con Sallivan sentyabrın 4-də Moskvanı tərk edib.
Xatırladaq ki, o, bu vəzifəyə 2019-cu ilin dekabrında ABŞ-ın əvvəlki Prezidenti, respublikaçı Donald Tramp tərəfindən təyin edilib.