“Dünyada insan çoxdur, resurs isə az” fikrini Hitlerin vaxtından beynimizə yeridirlər. Hollivudda çəkilən hər 3-4 filmdən birində belə mesaj ötürürlər.
Ən çox da “Marvel” və “DC” filmlərində. Hansına ki o ekran işinə uşaqlar da baxır. Yəni, uşaqlıqdan yeridilir beyinlərə. Sonra da bir-iki ağıllı çıxıb deyir ki, belə şeylərə inanmayın”.
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Nur Suri sosial şəbəkə hesabındayazıb. Sənətçi hazırda cəmiyyətdə ağıllı və ziyalı insanlra yer olmadığını diqqətə çatdırıb:
Camaat illərdir milyonlar xərcləyib beyinlərə yeridir, bu bir-iki nəfər özünü ağıllı sayanlar gic-gic söhbətləri ilə bizi inandırmağa çalışır ki, boş söhbətdir.
Bircə onu bilin ki, beynimizdə formalaşan fikirlər belə bizə məxsus deyil. “Google”, “Facebook” və başqaları bizim nə düşündüyümüzü belə bizdən yaxşı bilir. Yəni, bizi bizdən daha yaxşı tanıyır və anlayır.
Arada mənə elə gəlir ki, gic adamlara yaşamaq daha asandır. Kimə lazımdır, dərrakəli adam?
Follow @7timesaz