Məşhur türkiyəli aşpaz Nusret Gökçe rusları restoranına buraxmayıb.
7Times.az xəbər verir ki, bu haqda “Rybar” teleqram kanalı məlumat yayıb.
“Rusiya vətəndaşlarının “Nusr-Et” restoranına girməsinə icazə verilmədi. Bu da qurumun “Ruslara giriş qadağandır” adlı yeni qaydasında yer alıb” deyə, məlumatda yazılıb.
Hətta onun restoranında olan bir çox əşyanın üstünə də ingilis dilində “Rus qonaqlara yox” sözü yazılıb.
Nusret isə bu xəbərləri saxta adlandırıb. O, məkanında belə bir qadağanın olmadığını vurğulayıb.
Follow @7timesaz